Ağstafa rayonunda silah-sursat aşkarlandı - FOTO

Ağstafa rayonunda silah-sursat aşkarlandı - FOTO
19:38 18 Sentyabr 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Sentyabrın 18-də saat 12:03-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Ağgöl kəndində bir qumbaranın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Publika.az-a bildiriblər ki, məlumata əsasən agentliyin çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Ərazidə göl kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində F-1 əl qumbarası aşkarlanıb.

Qumbaranın tapıldığı yerin ətrafında 1000 kvadratmetr əraziyə yerüstü baxış keçirilən zaman əlavə olaraq 100 millimetrlik top mərmisi (BR-412) və tərkibində partlayıcı maddə olmayan PQ-2 təlim raketi aşkarlanıb.

Aşkarlanmış hərbi sursatlar zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/290614.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR