Tramp İrana qarşı zərbə planını açıqladı - 3 variant var

Tramp İrana qarşı zərbə planını açıqladı - 3 variant var
19:57 18 Sentyabr 2019
155 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp "Saudi Aramco" şirkətinin neft emalı zavoduna hücuma cavab olaraq bir neçə variantı nəzərdən keçirir.

Milli.Az bu barədə Sputnik Azərbaycan-a istinadən xəbər verir.

Məlumata əsasən, Tramp Administrasiyası İrana qarşı kiberhücum, neft obyektləri və İslam İnqilabı Keşikçiləri Korpusunun obyektlərinə qarşı zərbələri nəzərdən keçirir.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının artıq lokallaşdırıldığını açıqlayıb. Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub. fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/787199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR