Gürcüstanda azərbaycanlıların yaşadığı daha bir kənd içməli su ilə təmin olunub

Gürcüstanda azərbaycanlıların yaşadığı daha bir kənd içməli su ilə təmin olunub
19:57 18 Sentyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Baydar kəndi içməli su ilə təmin olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, genişmiqyaslı infrastruktur layihəsi çərçivəsində kənddə su quyusu və rezervuar yaradılıb.
Hazırda kənddə 230 abonent içməli su ilə təmin edilir, lakin ehtiyac yaranacağı halda, 400 ailə su ilə təmin oluna biləcək. Layihənin reallaşdırılması üçün yerli büdcədən 174 170 lari vəsait ayrılıb.
Marneuli rayonunun icra başçısı Zaur Darğallı Baydar kəndində olub. O, kənddə yaşayan ailələri ziyarət edərək onları əhəmiyyətli layihənin başa çatması münasibətilə təbrik edib.
Qeyd edək ki, bu ayın əvvəlində Marneuli rayonunun Ağməmmədli kəndinin içməli su təminatı ilə bağlı həyata keçirilən genişmiqyaslı layihə başa çatdırılıb.






Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/gurcustanda-azerbaycanlilarin-yasadigi-daha-bir-kend-icmeli-su-ile-temin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR