Əfqanıstanda iki terror törədilib, ölən və yaralananlar var

Əfqanıstanda iki terror törədilib, ölən və yaralananlar var
20:12 18 Sentyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın cənubundakı Hilmənd əyalətinin Vəşir qəzasında yerli polis rəisinin avtomobilinə yerləşdirilən bombanın işə salınması nəticəsində 2 polis ölüb, polis rəisi də daxil olmaqla iki nəfər yaralanıb.
“Report” bu barədə “İnterfax”a istinadən xəbər verir.
Bununla yanaşı, yerli KİV xəbər verir ki, ölkənin şərqindəki Nangərhər əyalətinin mərkəzi Cəlalabad şəhərində elektron şəxsiyyət vəsiqələrinin verildiyi idarənin girişi qarşısında kamikadze-terrorçu partlayış törədib, daha sonra idarə 4 naməlum şəxs tərəfindən atəşə tutulub. Hərbçilərlə terrorçular arasında atışma nəticəsində azı 10 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi, idarədən isə 12 əməkdaşın təxliyyə olunduğu bildirilir.
Hər iki hücumun məsuliyyətini hələlik heç bir terrorçu təşkilat üzərinə götürməyib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-iki-terror-toredilib-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR