Hindistanda ildırım 17 nəfəri öldürdü

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 17 nəfər həlak olub.

Metbuat.az-ın məlumatına görə, ölüm halları bir sutka ərzində ştatın müxtəlif ərazilərində qeydə alınıb.

Bihar ştatında leysan yağışlar davam edir. Yağıntılar nəticəsində Qanq çayının səviyyəsi normadan xeyli yüksəlib.

Sahil zonalarda yaşayan sakinlərə xəbərdarlıq edilib. Bəzi yerlərdə daşqınlar da qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR