18 yaşlı gənc məşhur həkimi bıçaqladı - dişi keyləşmədiyi üçün - FOTO

18 yaşlı gənc məşhur həkimi bıçaqladı - dişi keyləşmədiyi üçün - FOTO
20:52 18 Sentyabr 2019
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bursada 18 yaşlı Mert.D dişini çəktirmək üçün getdiyi xəstəxanada Hamdi Gören adlı həkimi sinəsindən bıçaqlayıb. 

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, 18 yaşlı gənc saxlanılıb. Yaralı həkim isə xəstəxanaya aparılıb. Hazırda onun durumunun normal olduğu bildirilib.  

Bildirilir ki, gəncin dişini çəkmək üçün həkim ona keyləşdirici iynə vurub. 
İynənin təsir etmədiyini görən həkim ona ikinci dəfə iynə vurub. 
Növbəti iynədən sonra da dişinin keyləşmədiyini görən Mert.D həkjmlə mübahisə edib.

Mübahisənin böyüməsiylə Mert.D həkimi bıçaqlayıb. 

Xəatəxana işçiləri polisə və təcili yardıma məlumat verib. 

Hadisə yerinə gələn polislər gənci bölməyə, səhiyyə işçiləri isə ilkin müdaxilədən sonra yaralı həkimi xəstəxanaya aparıb.

Bildirilir ki, həmin həkim bölgədə tanınan, məşhur həkimlərdən biridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/787210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR