Bentley yeni replikaların hazırlanması üçün klassik yarış bolidini sökəcək - FOTO

Bentley yeni replikaların hazırlanması üçün klassik yarış bolidini sökəcək - FOTO
21:32 18 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bentley şirkəti mühəribədən əvvəlki illərdə buraxılmış 4 ½-Litre Team Blower yarış bolidinin detalla sökərək, onun Contuniation seriyasından olan replikalarının buraxılması üçün istifadə ediləcəyini bildirib. Keçən əsrin komponentlərindən yığılmış 12 avtomobilin buraxılması nəzərdə tutulur. 12 rəqəmi təsadüfən seçilməyib - bu Team Blower komandasının iştirak etdiyi yarışların sayıdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Britaniya markasının tarixindəki ən vacib avtomobillərdən biri olan 4 ½-Litre Team Blower 1929-cu ildə buraxılıb. Tim Birkinin sifarişi ilə dörd orijinal avtomobil istehsal edilib. Bu avtomobillər Avropada keçirilən çempionatlarda iştirak edib. Bu bolidlərin arasında ən məşhuru "Le Manın 24 saatı" yarışlarında iştirak etmiş UU 5872 nömrəli boliddir.

Bentley şirkətinin sərəncamında HB 3403 şassi nömrəsinə malik olan digər avtomobil də vardır. Məhz bu avtomobili sökərək, onun hər bir detalını kataloqa daxil edəcəkdirlər. Detallar 3D formatında skan olunacaqdırlar. Orijinal detalların bənzərləri keçən əsrin avadanlığında istehsal ediləcəkdirlər. Cəmi 12 ədəd komkeltləşdiricini hazırlayaraq onlardan 12 ədəd yeni Blower buraxmaq planlaşdırılır.

Replikarlar yarıelliptik ressorlu asqısı, Bentley&Draper amortizatorları və 40 santimetrlik Bentley-Perrot baraban əyləcləri olan ştamplanmış polad ramada inşa ediləcəkdirlər. Avtomobil alüminium karteri, çuqundan hazırlanmış silindr gilizləri və çuqun silindr blokunun çıxarılmayan başlığı olan 16 klapanlı dördsilindrli mühərrik ilə hərəkətə gələcəkdir. Bundan başqa, mühərrik Rutsun MkIV kompressorunun dəqiq surəti ilə təchiz ediləcəkdir. 4398 kubsantimetrlik həcmə malik olan mühərrik 240 at qüvvəsi hasil edəcəkdir.

İşlər bitdikdən sonra HB 3403 boldini yenidən yığacaqdırlar və avtomobil Qudvud sürət festivalı, Mille Miglia və Pebbl-Biçdəki zəriflik müsabiqəsi kimi  iri avtomobil tədbirlərində istirak edəcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR