Hansı andlar düzgün sayılır? Nəyə and içmək olar?

Hansı andlar düzgün sayılır? Nəyə and içmək olar?
21:47 18 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Şəriətdə andın iki tərəfi vardır. Birincisi, insanın hər hansı hadisəni təsdiq və ya inkar etmək üçün içdiyi anddır. İkincisi budur ki, insan nəyi isə edəcəyinə və ya etməyəcəyinə söz verib and içir.

Milli.Az islam.az-a istinadən bildirir ki, birinci andın şəriət hökmü yoxdur. Yəni bir şeyi təsdiq və ya inkar etmək üçün yalandan and içən adamın boynuna cərimə gəlməz. Amma o günahkar sayılır və əməlinə görə tövbə etməlidir.

İkinci növ andın şəriətdə nəzərdə tutulan hökmləri vardır, bu andı pozan adam kəffarə verməlidir. Kəffarə haqqında şəriət kitablarında ətraflı yazılıb. Burada yalnız Allahın adına içilmiş andlar düzgün sayılır. Qurana, çörəyə, işığa, valideynin qəbrinə and içmək and hökmünü daşımır. Yəni bu cür şeylərə and içəndən sonra onu pozmaq kəffarəyə səbəb olmaz. Amma əgər bilavasitə Allahın adına deyil, Onun ad və sifətlərindən birinə and içilərsə, bu da düzgün sayılır. Məsələn, insan "Yeri-göyü yaradana and olsun", "Bizi yaradana and olsun" və s. bu kimi ibarələrlə and içsə, gərək andını qorusun; əgər andını pozsa, gərək kəffarə versin.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR