Adəm Peyğəmbərin yaradıldığı cənnət qiyamətdə möminlərin gedəcəyi cənnət idimi?

Adəm Peyğəmbərin yaradıldığı cənnət qiyamətdə möminlərin gedəcəyi cənnət idimi?
22:42 18 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Mötəbər mənbələrdə verilən əksər məlumatlardan aydın olur ki, Adəm Peyğəmbərin (ə) yaradıldığı cənnət qiyamətdən sonra möminlərin aparılacağı cənnət deyil. Bunun əksini iddia edənlər olsa da, üstün fikir bu cənnətlərin fərqli olmasıdır. Doğrudur, Quranda Adəmlə (ə) Həvvanın cənnətdə sakin olduğu bildirilir (Əraf, 19). Amma buradakı "cənnət" sözünün hərfi mənada bağça, yaşıllıq olduğunu söyləyirlər. Aşağıdakı səbəblər Həzrət Adəmin (a) yaradıldığı yerin axirət cənnəti olmadığını düşünməyə əsas verir:

Milli.Az islam.az-a istinadən bildirir ki, əvvəla, heç kimin savabı olmadan cənnətə buraxılması mümkün deyil.

İkincisi, cənnətə girən şəxs oradan xaric edilməz. Quran dəfələrlə cənnət əhli barədə "onlar orada əbədi qalacaqlar" buyurur.

Üçüncüsü, cənnətə Şeytanın girməsi mümkünsüzdür.

Dördüncüsü, Adəmə (ə) cənnət ağacının meyvəsindən yemək qadağan edilmişdi. Halbuki, cənnətdə heç bir qadağan olmayacaq.

Beşincisi, Adəmlə Həvva (ə) qadağan olunmuş ağacın meyvəsini yeməklə ilahi əmri pozmuşdular. Halbuki, cənnətdə Allaha asilik edilməz və ilahi əmrlər pozulmaz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR