Qüsl aldıqdan sonra namaz qılmaq üçün dəstəmaz almaq da lazımdırmı?

Qüsl aldıqdan sonra namaz qılmaq üçün dəstəmaz almaq da lazımdırmı?
23:42 18 Sentyabr 2019
119 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu barədə müctəhidlərin görüşləri arasında fərq vardır. Bəzi müctəhidlər (məsələn, mərhum Ayətullah Behcət və b.) bu fikirdə idi ki, cənabət qüslündən savayı bütün qüsllərdən sonra namaz qılmaq üçün dəstəmaz almaq lazımdır. Həm vacib, həm də müstəhəb qüsllər bura aiddir. Yalnız cənabət qüslündən sonra qüsl pozulmadıqca namaz qılmaq istəyən adam gərək dəstəmaz almasın.

Milli.Az islam.az-a istinadən bildirir ki, bəzi müctəhidlər isə (məsələn, Ayətullah Sistani, Məkarim Şirazi, mərhum Lənkərani, Təbrizi və b.) bütün qüsllərdən - istər vacib, istərsə müstəhəb, istər cənabət, istərsə də başqa qüsllər - sonra dəstəmazsız namaz qılmağa icazə verirlər. Amma bununla belə, cənabət qüslündən savayı qalan qüsllərdən sonra dəstəmaz almağı da ehtiyati-müstəhəbbə uyğun bilirlər. Burada yalnız orta istihazə qüslü istisnadır; yəni ondan sonra da dəstəmaz almaq lazımdır.

Deyilənləri yekunlaşdıraraq söyləyə bilərik ki, cənabət qüslündan başqa qüsllərdən sonra namaz qılmaq üçün dəstəmaz almaq məsləhətdir və ehtiyata uyğundur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/785387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR