Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədilib, ölənlər var

Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədilib, ölənlər var
23:47 18 Sentyabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədilib.
"Report" xəbər verir ki, bu barədə yerli "Garowe Online" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt Moqadişoda, deputat Əbdülqadir Arabounun avtomobili yaxınlığında baş verib. Partlayış zamanı deputatın sürücüsü və cangüdəni həlak olub. Bildirilir ki, deputat özü hadisə zamanı xəsarət almayıb.
Yerli radiostansiya "Dalsan" bildirib ki, hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.
DPA agentliyinin məlumatına görə, partlayış zamanı 4 nəfər həlak olub, daha 7 nəfər yaralanıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/somalide-deputatin-avtomobili-yaxinliginda-partlayis-toredilib-olenl

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR