“Aramko”ya hücumda İranın rolunu sübut edəcəyik” - Səudiyyə Ərəbistanı

"İran rejiminin “Aramko”nun iki obyektini hədəf alan terror hücumunda iştirak etdiyini və bununla bağlı maddi sübutları göstərəcəyik".

Metbuat.az xəbər verir ki. bu fikirlər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyində neft emalı zavoduna edilən məlum hücumla bağlı keçirilən mətbuat konfransında qeyd edilib.

Əlavə edilib ki, istintaqın son nəticələri açıqlanacaq: “İranın Səudiyyə Ərəbistanının nəhəng neft emalı zavodu olan “Aramko”nun iki obyektini hədəf alan terror hücumunda iştirak etdiyini sübut edən maddi sübutlar və İran silahlarını təqdim edəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR