Ağ Ev Tramp və Zelenskinin qarşıdan gələn görüşü barədə xəbəri təsdiqləyib

Ağ Ev Tramp və Zelenskinin qarşıdan gələn görüşü barədə xəbəri təsdiqləyib
03:37 19 Sentyabr 2019
121 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın vitse-prezidenti Mayk PensUkrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, tərəflər iki ölkə arasındakı əlaqələri, həmçinin BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında ABŞ prezidenti ilə Ukrayna liderinin qarşıdakı görüşünü müzakirə ediblər.
"Vitse-prezident Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışdı və gələn həftə onunla Nyu-Yorkda BMT-ın Baş Assambleyasında Tramp arasındakı qarşıdan gələn görüşü müzakirə etdi", - deyə ABŞ-ın vitse-prezidentinin mətbuat xidmətinin xəbərində bildirilir.
Məlumata görə, Pens danışıqda Birləşmiş Ştatların Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz sədaqətini təsdiq edib, Ukrayna administrasiyasının qanunverici islahatlar yolu ilə korrupsiyaya qarşı mübarizədə cəsarətli hərəkətlərini yüksək qiymətləndirib, həmçinin ABŞ tərəfindən bu səylərə tam dəstəyini ifadə edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ag-ev-tramp-ve-zelenskinin-qarsidan-gelen-gorusu-barede-xeberi-tesdiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR