Antoniu Quttereş BMT Baş Assambleyasında Venesuela müxalifətinin lideri ilə görüşməyəcək

Antoniu Quttereş BMT Baş Assambleyasında Venesuela müxalifətinin lideri ilə görüşməyəcək
04:52 19 Sentyabr 2019
118 Digər
Ölkə mətbuatı
A- A+

BMT baş katibi Antoniu Quterreş beynəlxalq təşkilatın Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Venesuela müxalifətinin lideri Xuan Quaydo ilə görüşməyəcək.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə beynəlxalq təşkilat sədrinin özü bildirib.
"Yox, hal-hazırda gündəlikdə belə bir görüş yoxdur", - deyə Quttereş bununla bağlı suala cavabında bildirib.
Qeyd edək ki, Venesuela müxalifətinin lideri sentyabrın sonunda BMT Baş Asambleyasının 74-cü sessiyası çərçivəsində siyasi müzakirələrdə iştirak etmək üçün Nyu-Yorka getmək niyyətindədir. Bu səfəri zamanı X.Quaydonun onu müvəqqəti prezident kimi tanıdıqlarını açıqlayan bəzi ölkələrin rəhbərləri ilə, o cümlədən ABŞ Prezidenti Donald Trampla görüşləri nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-rehberi-venesuela-muxalifetinin-lideri-ile-gorusmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR