Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi ilə görüşüb

Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi ilə görüşüb
07:02 19 Sentyabr 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Al Səudla görüşüb.
"Report" xəbər verir ki, bu barədə ABŞ rəsmisi özünün "Twitter"dəki səhifəsində yazıb.
"Bu gün Səudiyyə Ərəbistanının neft infrastrukturuna görünməmiş hücumları müzakirə etmək üçün Səudiyyənin varis şahzadəsi Məhəmməd bin Salmanla görüşdüm", - deyə o yazıb.
Diplomat əlavə edib, Amerika tərəfi Səudiyyə Ərəbistanının özü kimi həm də ərəb dövlətinin özünümüdafiə hüququnu dəstəkləyir.
"İran rejiminin təhlükəli davranışı yolverilməzdir", — deyə dövlət katibi qeyd edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mayk-pompeo-seudiyye-erebistaninin-varis-sahzadesi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR