"Qarabağ" bu gün "Sevilya" ilə qarşılaşacaq

"Qarabağ" bu gün "Sevilya" ilə qarşılaşacaq
07:17 19 Sentyabr 2019
127 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ” bu gün UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək.
“Report” xəbər verir ki, Ağdam klubu I tur çərçivəsində İspaniyanınSevilya komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:55-də start götürəcək.
Çempionlar Liqasının qrupuna düşməyi bacaran ilk və hələlik yeganə Azərbaycan təmsilçisi olan Qurban Qurbanovun rəhbərlik etdiyi kollekiv Avropa Liqasında eyni uğura 5 dəfə imza atıb. Lakin “köhlən atlar” indiyədək növbəti mərhələyə adlaya bilməyiblər.
“Sevilya” isə turnirin rekordçusudur. Andalusiyalılar 6-cı dəfə Avropa Liqasını qazanmaq üçün uzun yola Bakıdan başlayacaqlar.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Baş hakim: Yevqeni Aranovski
Yan xətt hakimləri: Syomen Şlonçak və İqor Alyoxin
Dördüncü hakim: Yaroslav Kozık (hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-bu-gun-sevilya-ile-qarsilasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR