ABŞ Rusiya ilə “vasitəçi və hibrid” müharibəyə hazır deyil - Pentaqon

ABŞ Rusiya ilə “vasitəçi və hibrid” müharibəyə hazır deyil - Pentaqon
08:43 19 Sentyabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Rusiya ilə “vasitəçi və hibrid” müharibəyə hazır deyil və bununla əlaqədar olaraq, müdafiə və başqa idarələrinin inkişaf planlarına düzəliş etmək niyyətindədir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Mark Esper bildirib.

““Vasitəçi müharibə" və ya "təmsilçilik müharibəsi” daha böyük oyunçuların arxasında durduğu bir münaqişədir. Koreya və Vyetnam müharibəsinin başlanğıc mərhələsi belə bir müharibənin nümunələridir”, - o deyib.

ABŞ Hərbi Hava Qüvvələrinin konfransında çıxış edən nazir söyləyib ki, Rusiya son illərdə “boz zona”da vasitəçilik edilən hibrid döyüş əməliyyatlarının effektiv aparılmasını nümayiş etdirib. O, nümunə kimi Krım və Donbasdakı hadisələri göstərib.

“Bu göstərir ki, onlar adi bir müharibədə bizə qarşı çıxmaq istəmirlər və bizə müqavimət göstərə bilməyəcəklərini bilirlər. Buna görə də bizə çağırış atmaq, birbaşa silahlı qarşıdurmadan daha aşağı səviyyədə rəqabət aparmaq üçün başqa yollar axtarırlar. Bu, döyüş hərəkətlərinin yeni formasıdır. Mən nəzərdə tuturam ki, biz buna hazır deyilik. Müxtəlif döyüş hərəkətləri teatrlarında kampaniyaların aparılması üzrə bizim planlarımız hazırlanır”, - nazir bildirib.

O vurğulayıb ki, bu yalnız hərbi idarəyə aid deyil, ABŞ-ın başqa idarələri də bu strateji vəziyyəti dəyişdirməyə, informasiya kampaniyalarını keçirməyə məcburdur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/290643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR