Kolumbiya Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib

Kolumbiya Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
09:07 19 Sentyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Kolumbiya Parlamentinin plenar iclasında Azərbaycan ilə bağlı dinləmələr keçirilib.
"Report"un məlumatina gore, iclasda ilk olaraq açılış nitqi ilə çıxış edən Kolumbiya Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin Prezidenti Xose Luiz Perez iqtisadi-ticarət, təhsil, turizm, kənd-təsərrüfatı, enerji, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib. Azərbaycan-Kolumbiya əlaqələrin mövcud durumu və inkişaf dinamikası ilə bağlı ətraflı danışmış millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirildiyi nəhəng layihələrin bütövlükdə regional sabitliyə və inkişafa xidmət etdiyini vurğulayıb. Eyni zamanda bildirib ki, Azərbaycan müsəlman şərqində Demokratik Respublika quran, demokratik parlament yaradan və qadınlara səsvermə hüququ verən ilk ölkədir. Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların rahat yaşadığını, dərin tolerantlıq ənənələrinin olduğunu bəyan edib. O, Kolumbiya tərəfindən razılaşma əsasında Azərbaycana göndərilən müəllimlər tərəfindən diplomatik akademiyasında ispan dili kurslarında layiqincə tədris edilməsindən, eyni zamanda Kolumbiyanın Eksternado Universitetində yaradılan Türkiyə-Azərbaycan Araşdırma Mərkəzinin hər iki ölkənin qarşılıqlı əlaqələrinin gücləndirilməsinə verə biləcəyi töhfədən məmnunluğunu ifadə edib.
Tədbirin davamı olaraq, Azərbaycanın siyasi və iqtisadi çəkisinə diqqət çəkən Kolumbiya Parlamentinin Prezidenti Lidio Qarsiya Turbaiiki ölkə arasındaarasında mövcud olan dostluq münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyindən əminliyini ifadə edib. O, Kolumbiya Parlamenti adınan Azərbaycan Respublikası Prezidenti İlham Əiyevə ən xoş salamlarını ifadə edib.
Daha sonra L.Turbay bəyan edib ki, Azərbaycan Respublikasının Kolumbiya Respublikasındakı müvəqqəti işlər vəkili Həmid Zeynalovun iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə Kolumbiya Parlamentinin yüksək dərəcəli “Cəngavər Ordeni” ilə təltif olunmasına dair müvafiq qərar qəbul olunub.
Orden təqdim olunduqdan sonra müvəqqəti işlər vəkili Həmid Zeynalov çıxış edərək ötən ilin dekabr ayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən müvafiq qətnamənin qəbul etməsinə görə bir daha dərin təşəkkürünü bildirib. Həmçinin, ona göstərilən yüksək etimada görə Kolumbiya Parlamentinə minnətdarlığını ifadə edib.





Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/kolumbiya-parlamentinde-azerbaycan-ile-bagli-dinlemeler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR