Müsavatda növbədənkənar qurultay keçiriləcək?

Müsavatda növbədənkənar qurultay keçiriləcək?
13:37 16 Yanvar 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

“Müsavat Partiyasının indiki rəhbərliyinin növbədənkənar qurultayın keçirilməsinə razılıq verəcəyi mənə inandırıcı görünmür”. Bu bardə Trend-ə Müsavat Partiyasının qurultayından narazı qalan üzvlərin yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilat komitəsinin üzvü Vurğun Əyyub deyib.

Onun sözlərinə görə, partiyanın indiki rəhbərliyi son qurultayda baş verən qüsurları süngü ilə qarşılayır və tamamilə inkar edir: “Amma növbədənkənar qurultayın keçirilməsi barədə tələb nizamnaməyə zidd deyil, bunu istəyən adamlar işlərini uyğun bir şəkildə qura bilsələr, istəklərinə nail ola bilərlər”.

V.Əyyub Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilatlanmasının davam etdiyini də bildirib. Onun sözlərinə görə, artıq 5 rayonda təşəbbüs qrupları yaradılıb: “Bu həftə ərzində, yəqin ki, qrupların sayı 8-10-a çatar. Nəzərdə tutmuşuq ki, ölkənin inzibati ərazi bölgüsünə görə 3-də birini əhatə edəcək rayon təşilatlarında təşəbbüs qrupları yaradandan sonra hərəkatın təsis qurultayını keçirək. Ümid edirəm ki, fevral ayında bu işləri yekunlaşdırıb təsis qurultayını keçirə bilərik”.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda A.Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər, həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayır. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıblar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR