"Anglo Asian Mining" səhmlərin Azərbaycana satışını düşünür

"Anglo Asian Mining" səhmlərin Azərbaycana satışını düşünür
10:29 19 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Kəmalə Məmmədli - Trend:

Azərbaycanda qızıl, gümüş və mis istehsalçısı "Anglo Asian Mining"in (AAM) törəmə şirkəti "R.V.Investment Group Services" şirkətin səhmlərinin mümkün satışı ilə bağlı Azərbaycan hökuməti və digər tərəflərlə ilkin danışıqlar aparıb.

Trend bu barədə AAM-ə istinadən məlumat verir.

Şirkətdən bildiriblər ki, danışıqlar ilkin xarakter daşıyır və əməliyyatın hər hansı bir razılaşdırılmış şərti yoxdur.

Məlumatda o da qeyd olunur ki, şirkət müntəzəm olaraq öz fəaliyyətinin inkişafı məsələləri ilə bağlı digər tərəflərlə müzakirələr aparır.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın İqtisadiyyat Nazirliyi AAM-in "R.V.Investment Group Services" şirkətindəki payını satın almaq üçün ABŞ-ın OMNI şirkətini məsləhətçi qismində cəlb etmişdi. Müqavilənin dəyəri 265 min manat təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3108078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR