​ “Qarabağ” “Sevilya”ya qarşı

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları baş tutacaq.

Metbuat.az xəbər verir ki, Avroliqada Ağdamın “Qarabağ” klubu ilk oyunda İspaniyanın “Sevilya” kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:55-də başlayacaq.

Oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Ağdam klubunun son məlumatına görə, qarşılaşmaya ayrılmış, demək olar ki, bütün biletlər satılıb.

Qrupun digər oyununda APOEL öz meydanında “Düdelanj”ı qəbul edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR