Azərbaycana içki idxalı azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 18,934 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edib.

Metbuat.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,569 milyon dollar və yaxud təxminən 2 dəfə çoxdur.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,1%-ni təşkil edib.

8 ay ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 47,623 milyon dollar olub. Bu isə bir il əvvələ nisbətən 11,05 milyonn dollar və yaxud 18,8% azdır.

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,5%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 8 aylıq ticarət dövriyyəsinin 13,52 milyard dolları ixracın, 9,382 milyard dolları isə idxalın payına düşüb.(report.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR