Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 24%-dən çox artıb

Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 24%-dən çox artıb
11:22 19 Sentyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin səkkiz ayı ərzində Gürcüstan Azərbaycandan 37 mln. 772,6 min dollar dəyərində elektrik enerjisi idxal edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi elektrik enerjisi məbləğ baxımından illik müqayisədə 7434, 5 min dollar və ya 24,5% çoxdur.
Ötən ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 30 mln. 338,1 min dollar dəyərində elektrik enerjisi tədarük edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycandan-gurcustana-elektrik-enerjisinin-ixraci-24-den-cox-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR