Trampdan TÜRKİYƏ QƏRARI

Trampdan TÜRKİYƏ QƏRARI
11:28 19 Sentyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi aldığına görə Türkiyəyə sanksiya tətbiq etmək niyyətində deyil.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” informasiya yayıb.

Adı açıqlanmayan türkiyəli səlahiyyətli şəxsin Vaşinqtonda jurnalistlərlə görüşündə səsləndirdiyi fikirlərə görə, ABŞ Türkiyəyə qarşı sanksiyaları qüvvəyə mindirməyəcək.

Prezident Donald Trampın Ankaranın mövqeyini anladığını bildirən türk qeyd edib ki, ABŞ Türkiyə ilə ticarət dövriyyəsini 100 milyard dollara qaldırmaq istəyir. Sankisyalar qüvvəyə minsə, bu, ticarətə ciddi maneə törədə bilər.

Qeyd edək ki, ABŞ Maliyyə naziri Sticen Mançin Tramp Administrasiyasının Türkiyəyə qarşı sanksiyaları müzakirə etdiyi, lakin yekun nəticə əldə olunmadığını bildirmişdi.

ABŞ prezidenti Donald Tramp da Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemini satın almağa Barak Obama dövründə məcbur edildiyini dəfələrlə dilə gətirib.

Xatırladaq ki, ABŞ Türkiyəyə CAATSA (ABŞ-ın düşmənlərilə sankisyalar yolu ilə mübarizə aparmaq) proqramları çərçivəsində ən az 5 sanksiya tətbiq etməli idi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/290661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR