Gürcüstan baş nazirinin Aparatına yeni rəhbər təyin olunub

Gürcüstan baş nazirinin Aparatına yeni rəhbər təyin olunub
12:12 19 Sentyabr 2019
58 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın daxili işlər nazirinin keçmiş müavini Natia Mezvrişvili hökumət administrasiyasının Aparat rəhbəri təyin olunub.
“Report”un yerli bürosu xəbər verir ki, o, bu vəzifədə Giorgi Çoladzeni əvəzləyib.
G.Çoladze sentyabrın 11-də istefa verib.
N.Mezvrişvili 2017-ci ildən DİN rəhbərinin müavini vəzifəsini tutub.
Qeyd edək ki, qonşu ölkənin hökumət administrasiyasının aparatı strukturu ötən ilin iyulunda yaradılıb. Baş nazirin aparatına ictimaiyyətlə əlaqələr, protokol və xarici əlaqələr üzrə şöbələr tabedir.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-bas-nazirinin-aparatina-yeni-rehber-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR