"Azərbaycanda elə ailələr var ki, sanki cəmiyyətdən təcrid olunublar"

"Azərbaycanda elə ailələr var ki, sanki cəmiyyətdən təcrid olunublar"
13:12 19 Sentyabr 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda əsas problemlərdən biri də ailə başçısının bu statusdan sui-istifadə etməsi ilə bağlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bunla bağlı bizə kifayət qədər müraciətlər olur: "Misal olaraq, bir çox gənc qız bizə müraciət edir ki, atası ona təhsil almağa icazə vermir. Yaxud qadın müraciətində qeyd edir ki, həyat yoldaşı onu başını bağlamağa məcbur edir, işləməyə icazə vermir, evdən çölə çıxmağa belə qadağa qoyur. Bu azmış kimi qadının maaşını əlindən alan kişilər də var".

Onun sözlərinə görə, bu gün Azərbaycanın kənd və rayonlarında yaşayan elə ailələr var ki, sanki cəmiyyətdən təcrid olunublar: "Çoxunun da ölkədə bu sahədə olan qanunvericilik bazasından xəbəri yoxdur. Elə qadınlar da var ki, təhsilləri yoxdur. Bizə müraciət edən qadınların bəziləri heç ərizə də yaza bilmirlər. Ancaq həmin qadınlar dinlə bağlı bizə dərs keçirlər. Bəzən kişilər də bizə müraciət edib deyir ki, xanımı hər hansı dini qruplaşmaya qoşulub və övladlarını götürərək başqa ölkəyə gedib".

Şöbə müdiri əlavə edib ki, problemlərdən biri də rayonlarda qatı dini düşüncənin mövcudluğudur: "Bəzən yerli idarəetmə orqanları bizə müraciət edir ki, həmin ailələrə müdaxilə edə bilmirik. Dövlət qurumu da bu kimi halların qarşısında acizdir. Bu kimi halda maksimum hər hansı cəza tədbiri ola bilər. Təbii ki, bu da çıxış yolu deyil. Çünki heç bir ailəyə məcbur nəsə etdirə bilmərik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/787358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR