Putin Paşinyanın xahişini RƏDD ETDİ

Putin Paşinyanın xahişini RƏDD ETDİ
13:23 19 Sentyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib.

Publika.az
xəbər verir ki, bu barədə “168 jam” saytı yazıb.

Saytın məlumatına görə, Putin Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək toplantısında iştirak etmək üçün Ermənistana gələcək.

“Lakin Rusiya prezidenti İrəvanda qalmayacaq, yalnız bir neçə saatlıq səfər edəcək və toplantıdan sonra qayıdacaq. Məlumatlara görə, o, hətta rəsmi şam yeməyində də iştirak etməyəcək. Ermənistan tərəfi Paşinyanla Putinin ikitərəfli görüşü haqda xahiş edib, lakin Putin bu xahişi rədd edib”, - sayt yazır.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/290681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR