İsmayıllıda “Kartof Festivalı”nda kütləvi zəhərlənmə - 7 nəfər xəstəxanaya yerləşdirildi

İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub.

Metbuat.az -a APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən "Kartof Festivalı"nda qeydə alınıb. Festival iştirakçılarından, İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, adı çəkilən şəxslərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib. Onların zəhərləndiyi ehtimal olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR