Qus Hiddink Çin yığmasından qovulub

Qus Hiddink Çin yığmasından qovulub
14:57 19 Sentyabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Qus Hiddink Çinin futbol üzrə olimpiya komandasının baş məşqçisi vəzifəsindən azad edilib.
"Report" "Fox Sports Asia"ya istinadən xəbər verir ki, Çin Futbol Federasiyası 73 yaşlı mütəxəssisin mətbuatla ünsiyyət tərzini və millinin nəticələsini bəyənməyib. Hiddinkin taleyini Vyetnama 0:2 hesabı ilə uduzduqları oyun həll edib.
Hollandiyalı məşqçinin yerinə bu posta ölkənin qadınlardan ibarət millisinin sabiq baş məşqçisi Hao Vey gətiriləcək.
Qeyd edək ki, Qus Hiddink karyerası ərzində Hollandiyanın PSV, İspaniyanın "Valensiya", "Real Madrid", "Betis" və İngiltərənin "Çelsi" komandalarına rəhbərlik edib. O, həmçinin Cənubi Koreya, Hollandiya, Avstraliya, RusiyaTürkiyə millilərinin baş məşqçisi olub.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qus-hiddink-cin-yigmasindan-qovulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR