Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisinin ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisinin ilk rəqibləri bəlli olub
15:07 19 Sentyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın növbəti güləşçilərinin ilk rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, 6-cı yarış günündə sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (70 kq) təsnifat mərhələsində Türkiyə təmsilçisi Heydər Yavuzla üz-üzə gələcək. 74 kq çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev eyni mərhələdə hindistanlı Suşil Kumar ilə qarşılaşacaq.
92 kq çəkidə yarışan Şamil Zubayrov 1/8 finalda türkiyəli Süleyman Karadenizlə görüşəcək. 125 kq çəkidə Cəmaləddin Məhəmmədov isə belaruslui Vitali Plasniyakla güləşəcək.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/dunya-cempionati-azerbaycanin-4-serbest-gulescisinin-ilk-reqibleri-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR