70 düymlük yeni “Xiaomi” televizorunun qiyməti cəlbedicidir

70 düymlük yeni “Xiaomi” televizorunun qiyməti cəlbedicidir
15:35 19 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

"Xiaomi" şirkəti 70 düym diaqonallı "Xiaomi Mi TV 4A" televizorunu təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT www.ixbt.com" resursuna istinadən yazır ki, televizor genişləndirilmiş dinamik diapazonu dəstəkləyən "4K" təsvir ölçülü maye-kristal ekranla təchiz edilib. "Xiaomi Mi TV 4A" divara asılan zaman onu böyük şəklə bənzədən dar çərçivə və nazik korpusla xarakterizə olunur.
 
Bildirilir ki, yeni modelin quraşdırılmış "XiaoAI" köməkçi funksiyasına malik olması onu səsli komandalar vasitəsilə idarə etməyə imkan verir. Məsələn, televizordan konkret film və ya serialı taparaq göstərməyi xahiş etmək, eləcə də eyni şəbəkə və istifadəçi hesabına qoşulan "ağıllı" ev qurğularının idarə edilməsi üçün istifadə etmək olar. Televizor, həmçinin "Xiaomi PatchWall" istifadəçi interfeysi ilə təchiz edilib.
 
70 düymlük "Xiaomi Mi TV 4A" modeli 2 giqabayt operativ yaddaş, 16 giqabayt quraşdırılmış yaddaş və "x64" arxitekturalı "Amlogic" prosessoru ilə təchiz olunub. Həmçinin televizor üç "HDMI", iki "USB", bir "AV" çıxışına, eləcə də "S/PDIF" optik çıxışına malikdir. Bundan əlavə, "Dolby Audio" və "dts-HD" sistemləri dəstəklənir.
 
Sentyabrın 19-dan etibarən satışa çıxarılacaq 70 düymlük "Xiaomi Mi TV 4A" televizorunun qiyməti 564 dollar təşkil edəcək. Modellər sırasına, həmçinin 32, 43, 50, 55, 58 və 65 düym diaqonallı televizorlar daxildir.
 
Nizam Nuriyev



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-62987-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR