Nazir: "Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır"

Nazir: "Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır"
15:47 19 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Proqnozlara əsasən, 2021-ci ilədək Azərbaycanda neft istehsalı ildə təxminən 39 milyon ton təşkil edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il üçün proqnoz 38,7 milyon tondur, 2020-ci ildə bu göstərici qismən artacaq:

"2020-2021-ci illərdə neft hasilatı stabil, 39 milyon ton ətrafında olacaq".

Nazir əlavə edib ki, neft hasilatının stabil səviyyəsinin saxlanması əsas hədəfdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/787474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR