Rusiya Dövlət Duması "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nı təsdiqləyib

Rusiya Dövlət Duması "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nı təsdiqləyib
15:57 19 Sentyabr 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Dövlət Duması səsvermə zamanı yekdilliklə "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nın təsdiqlənməsinə səs verib.
"Report" xəbər verir ki, sessiyada çıxış edən Rusiya parlamentariləri Rusiya ilə digər Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün sənədin ratifikasiyasının vacibliyini və zəruriliyini qeyd ediblər.
Bildirilib ki, saziş Xəzər regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə, Xəzəryanı ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək.
Qeyd edək ki, konvensiya 2018-ci il avqustun 12-də Aktauda imzalanıb.


Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-dovlet-dumasi-xezer-denizinin-huquqi-statusu-haqqinda-konvens

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR