"Yəmən müharibəsinin hesabını hələ də ödəyirlər" - Cavad Zərifdən ABŞ açıqlaması

ABD Xarici İşlər naziri Mayk Pompeo Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" təsislərinə edilən hücumda İranı günahlandıraraq bu hücumu müharibə səbəbi saydığını açıqlamışdı. İran Xarici İşlər naziri Cavad Zərif "Tvitter" hesabından paylaşdığı mesajla onun bu fikirlərinə cavab verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Zərif Pompeonun İrana qarşı müharibəni alovlandırdığını deyib:

"B komandası və müttəfiqləri Donald Trampı müharibəyə sürükləyərək aldatmağa çalışır. Öz yaxşılıqları üçün bunun gerçəkləşməməsi üçün dua etsinlər. Çox kinli olduqları üçün 4 il əvvəl bitirə bilmədikləri Yəmənlə müharibənin hesabını hələ də ödəyirlər".

Mayk Pompeo bir neçə ay öncə "Teksas A/M Universiteti"ndə etdiyi çıxışında "Mən CİA direktoru idim, yalan söylədik, aldatdıq və oğurladıq" deyə bir fikir bildirmişdi. Zərif Cavad həmin açıqlamanın görüntülərini də paylaşaraq belə qeyd edib:

"Açığı köhnə alışqanlıqları tərgitmək asan olmur. Yalanlarla tökülən qanları və xalqın xəzinəsindən etdiyi xərcləri vecinə almayan xarici müştərilərə edilən yaltaqlıq son günlərdə zirvəyə qalxıb".

Trampı müharibəyə təhrik etməkdə Cavad Zərif "B komandası" olaraq adlandırdığı keçmiş ABŞ Beynəlxalq Təhlükəsizlik sözcüsü Con Boltonu, İsrail Baş naziri B. Netanyahunu, Səudiyyə vəliəhdi şahzadə Məhəmməd İbn Salmanı və Əbu Dabi vəliəhdi Şahzadə Məhəmməd İbn Zayidi günahlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR