Futbolçu şəhərin ortasında avtomobilində güllələndi

Futbolçu şəhərin ortasında avtomobilində güllələndi
16:18 19 Sentyabr 2019
94 İdman
Ölkə mətbuatı
A- A+

Holland futbolçu Kelvin Maynard qətlə yetirilib.

Publika.az xəbər verir ki, futbolçu ötən gün Amsterdamda güllələnərək öldürülüb.

Təcili tibbi yardım onun köməyinə çatsa da, futbolçu xilas ola bilməyib.

Hollandiya polisi təhlükəsizlik kameralarına düşən iki şübhəlinin saxlanılması üçün axtarışlara başlayıb.

Karyerasında İngiltərənin “Burton Albion” və Belçikanın “Royal Antwerp” kimi komandalarında çıxış edən 32 yaşlı atlet hazırda Hollandiyanın 5-ci liqasındakı “Alphense Boys” komandasında çıxış edirmiş.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/290701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR