Azərbaycanın güləş yığması dünya çempionatında dördüncü medalını qazanıb

Azərbaycanın güləş yığması dünya çempionatında dördüncü medalını qazanıb
17:27 19 Sentyabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın qadın güləşçisi Elis Manolova Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan təmsilçisi Yuliana Vasileva ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən Manolova bürünc medal qazanıb.
Qeyd edək ki, hələ ki, Azərbaycan təmsilçilərindən qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal qazanıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanin-gules-yigmasi-dunya-cempionatinda-dorduncu-medalini-qazan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR