Azərbaycanda dəhşət - Sığorta şirkətinin işçiləri maşında diri-diri yandı - VİDEO

Sumqayıtda "Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərdən birinin adı məlum olub.

Belə ki, "Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşan zaman aşaraq yanmağa başlayıb.

Bu zaman avtomobilin içərisində yaralı olan və sıxılmış vəziyyətdə olduqları üçün çıxa bilməyən 2 nəfər yanıb. Onlardan birinin Kamran Füzuli oğlu Atayev olduğu müəyyənlişdirilib.

Digər ölən şəxsin meyiti tamamilə yandığı üçün müəyyən etmək mümkün olmayıb.(report.az)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR