NASA-nın "Hubble" kosmik teleskopu parlaq qalaktika kəşf edib

NASA-nın "Hubble" kosmik teleskopu parlaq qalaktika kəşf edib
18:47 19 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) "Hubble" kosmik teleskopu "UGC 695" adlandırılan və Cetus (Balina) bürcünün mərkəzindən 30 milyon işıq ili uzaqda yerləşən yeni parlaq qalaktika kəşf edib. Yeni kosmik obyektin fotoşəkli NASA-nın saytında yerləşdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "UGC 695" obyekti aşağı parlaqlıq səthi (low-surface-brightness) olan qalaktika hesab olunur. Bu cür qalaktikaların uzaqlığı və parlaqlığının az olması onların Yer kürəsindəki radioteleskoplar vasitəsilə görünməsini mümkünsüz edir. Onların şüaları bizim planetin atmosferindən keçmir. Həmin kosmik obyektlərin ətrafı qaz və toz dumanı ilə əhatə olunub. Buradakı ulduzlar da geniş kosmik fəzaya yayılıblar.

Aşağı parlaqlıq səthi olan qalaktikalar da cırtdan obyektlər kimi ətrafındakı ulduzlara aid olan qara materiyaların çoxluğu ilə fərqlənir. Astronomlar hələ də qara materiyanın bol olduğu yerlərdə onların necə formalaşdığını izah edə bilmirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/787496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR