Cənubi Koreyada tələbələr aksiya keçirirlər

Cənubi Koreyada tələbələr aksiya keçirirlər
18:57 19 Sentyabr 2019
133 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın 3 ən nüfuzlu universitetinin tələbələri ailə üzvlərinin korrupsiya əməlində adı hallanan Ço Kukun Ədliyyə naziri təyin edilməsinə etiraz olaraq aksiyalara başlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Seul Dövlət, Koreya və Yonsey universitetlərinin tələbləri ali təhsil ocaqlarının kampuslarında şamlar yandıraraq artıq 3 etiraz aksiyası keçiriblər. Bu gün axşama isə növbəti aksiyalar keçirilir.

Qeyd edək ki, ailə üzvlərinin korrupsiya əməlində adı keçən Ço Kukun Ədliyyə naziri təyin edilməsi Cənubi Koreya ictimaiyyətində böyük narazılığa səbəb olub. Prokurorluq hazırda Çonun ailə üzvlərinin korrupsiya əməlləri, habelə onun həyat yoldaşının qızları üçün qanunsuz yolla kollec sertifikatı düzəltdirməsi iddiaları barədə təhqiqat aparır. Sentyabrın 6-da parlamentdə keçirilən müzakirələrdə Ço Kuk həmin əməllərdə iştirakını rədd edib. Sentyabrın 9-da isə Prezident Mun Ce-in onun Ədliyyə naziri təyin edib.

"Realmeter" təşkilatının ölkə üzrə keçirdiyi rəy sorğusunda iştirak edənlərin 55,5 faizi Ço Kukun nazir təyin edilməsinin yanlış qərar olduğunu bildiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/787494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR