Azərbaycan millisinin baş məşqçisi: "Olimpiadada iki medal qazansaq, arzumuza çatarıq"

Azərbaycan millisinin baş məşqçisi: "Olimpiadada iki medal qazansaq, arzumuza çatarıq"
19:07 19 Sentyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

"Qadın güləşçilərin dünya çempionatındakı çıxışı qənaətbəxşdir. Amma daha da yaxşı ola bilərdi. Komandamızda bir az problem oldu. Yarışa bir həftə qalmış iki güləşçimiz xəstələndi. Tatyana Omelçenko (59 kq) və Elmira Qəmbərova (62 kq) qrip olmuşdu. Ona görə də özlərini bərpa edə bilmədilər. Nəticənin daha da yaxşı olmasını istəyirdim, yaxşı da olmalı idi". 
Bu fikirləri "Report"a açıqlamasında qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Aslan Ağayev komandanın Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatındakı nəticəsi ilə bağlı danışarkən deyib. 
O, xəstəliklərlə əlaqədar nəticədən razı qalmadığını bildirib. "62 kq olimpiadaya lisenziya verən çəki dərəcəsidir. İrina Netreba (68 kq) mundialda çatdıra bilmədi. Onun psixoloji durumu yerində deyildi, yaxşı nəticə verə bilərdi".  
Ağayev mundiala yollanmamışdan öncə ən azı bir dəst medal qazanmaq istədiklərini sözlərinə əlavə edib: "Bu, dünya çempionatıdır. Bir dəst medal olsa idi, daha yaxşı olardı. Ona da çox yaxın idik. 59 kq-da Tatyana Omelçenko Kanada güləşçisi ilə dueldə görüşün bitməsinə 7 saniyə qalmış səhv etdi. Xal verdi və finala yüksələ bilmədi".
Məşqçi dünya çempionatında qızıl medal qazanan Mariya Stadnikin çıxışı barədə də danışıb: "Mariya çox yaxşı çıxış etdi. Onu bütün yarışlarda dünya izləyir. Güləşçi yüksək dərəcədə özünü göstərməmişdi. Onun qrupunda çox güclü idmançılar var idi. Mariya hər zaman məşqlərdə həm diqqətlidir, həm də müəllimlərin sözünə qulaq asır və tapşırıqları dəqiqliklə yerinə yetirir. Bu, dünya çempionatındakı nəticəyə təsir etdi". 
Mütəxəssis son olaraq 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qazanmaq istədikləri lisenziyanın sayını açıqlayıb: "Hazırda bir lisenziya qazanmışıq. Çalışarıq ki, 2 lisenziya da əldə edək. Olimpiadada iki medal qazansaq, daha əla olar və arzumuza çatarıq".
Qeyd edək ki, Azərbaycanın qadın güləşçilərindən Mariya Stadnik (50 kq) qızıl, Elis Manolova (65 kq) isə bürünc medal qazanıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/aslan-agayev-olimpiadada-iki-medal-qazansaq-arzumuza-catariq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR