Bakıda bədii gimnastika üzrə dünya çempionatının finalı başlayıb (FOTO)

Bakıda bədii gimnastika üzrə dünya çempionatının finalı başlayıb (FOTO)
20:36 19 Sentyabr 2019
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının finalı başlayıb.

Bu gün gürzlərlə və lentlərlə fərdi qaliblər və mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3121183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR