Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir

Səfir: Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir
22:17 19 Sentyabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədən azərbaycanlıların deportasiya edilməsi haqda xəbərlər gerçəkləri əks etdirmir. Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, bəzi xəbər saytlarında Türkiyədən azərbaycanlıların deportasiya edilməsi ilə bağlı xəbəri alan kimi Türkiyə rəsmi məqamları ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı məlumat alınıb.

"Ankarada rəsmi məqamlardan bizə verilən açıqlamada bu gün Türkiyədən Naxçıvana sadəcə bir Azərbaycan vətəndaşının deportasiya edildiyi bildirilib" -deyə səfir bildirib.

O əlavə edib ki , azərbaycanlıların Türkiyədən kütləvi şəkilə deportasiya edilməsinin sözü belə gedə bilməz.

Səfir əlavə edib ki , əksinə Türkiyədəki azərbaycanlıların problemlərinin həll edilməsi iki gün əvvəl vitse prezident Fuat Oktayın Bakıya səfəri zamanı əsas aktual məsələlərdən biri olub.

"Biz bu məsələdə Azərbaycanın aidiyyatı qurumları ilə davamlı olaraq əlaqə saxlayırıq , bu problemlərin həlli üçün də əlimizdən gələn bütün işləri edirik və yaxın zamanda bu problemlər öz həllini tapacaq" - deyə, E.Özoral bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/787574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR