Ceyhunun qrupu dağıldı: “Pul yox idi”

Ceyhunun qrupu dağıldı: “Pul yox idi”
13:41 16 Yanvar 2015
128 Şou
Ölkə mətbuatı
A- A+

Skripkaçı Maestro Ceyhunun bir müddət əvvəl yaratdığı orkestri dağılıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Günəbaxan” verilişində qonaq olarkən deyib. O bildirib ki, buna səbəb maddi imkansızlıq olub:

“Orkestri saxlamaq üçün çox böyük maliyyə tələb olunur. İki il fəaliyyət göstərdik. Bu müddət ərzində qrupumuz iş adamı tərəfindən maliyyələşdirildi. Pul qoyub qazanc götürmək yox idi. Gəlir olmadığı üçün də dağıldı. Bizim bəlli bir repertuarımız var idi. Ondan kənara çıxmırdıq. İndi ancaq xaricə səfərlərə gedəndə bir araya gəlirik”.

Yeniliklərindən danışan Ceyhun 2015-ci ildə yeddinci albomunu çıxaracağını deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25189

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR