Sellülitləri birdəfəlik yox edən TƏBİİ VASİTƏ

Sellülitləri birdəfəlik yox edən TƏBİİ VASİTƏ
23:42 19 Sentyabr 2019
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Qışda bədəndə asanlıqla gizlədilən dəri problemlərini və sellülitləri yayda gizlətmək mümkün olmur. Yanlış qidalanma, genetik amillər, hərəkətsizlik, bədənin susuz qalması, qəhvə və qazlı içkilərin çox istifadəsi kimi bir çox amil nəticəsində sellülitlər meydana gəlir.

Milli.Az xəbər verir ki, gözəllik üzrə türkiyəli mütəxəssis, tanınmış kosmetoloq Figen Aktos sellülitləri aradan qaldıran təsirli resept verib. Kosmetoloqun sözlərinə görə, bunun üçün qəhvə tumları ilə kokos yağından əldə edilən maskanı 14 gün ərzində tətbiq etmək lazımdır.

İnqrediyentlər:

Qəhvə çəyirdəyi

Kokos yağı

1 ədəd kartof

Hazırlanması:

Çəkiyə əsasən 50 ilə 70 kq arasında olan şəxslər üçün dörd xörək qaşığı döyülmüş qəhvə çəyirdəyinin içinə dörd qaşıq kokos yağı və bir ədəd sürtgəcdən keçirilmiş kartof suyunu əlavə edin. Daha artıq çəkili xanımlar inqrediyentlərin miqdarını artıra bilər.

Maska krem halına gələnə qədər qarışdırın. Qarışığı problemli yerlərə, əzələ istiqamətində aşağıdan yuxarı doğru masaj edərək tətbiq edib streçlə bürüyün. 25 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Effektli nəticə üçün maskanı 14 gün yerinə yetirməlisiniz.

Figen Aktos maskanı tətbiq edən xanımlara məsləhət görüb ki, sellülitli nahiyələrin əvvəl və sonrakı halını çəksin. 14 gündən sonra fərqləri müqayisə etsinlər.

Mütəxəssis onu da əlavə edib ki, kurs müddətində şirniyyatlardan və xəmir xörəklərindən imtina etməkdə fayda vardır. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/666542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR