Limfoma - Bütün bədənə yayıla bilən bədxassəli xəstəliyin səbəbləri

Limfoma - Bütün bədənə yayıla bilən bədxassəli xəstəliyin səbəbləri
23:52 19 Sentyabr 2019
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Limfoma son zamanlar bədxassəli şişlər içində geniş yayılan, limfatik toxumaların xərçəngidir.

İlk öncə ayrı-ayrı limfa qrupları boyun, boğaz, qolaltı və qasıqda ölçüdə böyüyür, daha sonra ətraf orqan və toxumalara yayılır.

Hətta bütün bədənə yayıla bilən və limfoid leykoza bənzəyən xəstəlik müalicəyə çətin tabe olur.

Əvvəllər leykozla limfonanı ayrı xəstəlik hesab edirdilər, indi son araşdırmalar göstərib ki, bu xəstəliklər arasında sərhəd çox qarışıqdır və qısadır. Yəni limfoma leykoza çevrilə bilər. Bədxassəli hüceyrələr nəinki limfada, həmçinin qan və sümük iliyində də yayıla bilər. Ona görə limfomanın diaqnoz və müalicəsi ilə onkoloq və hematoloqlar birgə məşğul olur.

Milli.Az medicina.az-a istinadən limfomanın səbəblərini təqdim edir.

Hər il bir ölkədə hər 100.000 insanın 2 nəfəri bu xəstəliyə tutulur. Statistik olaraq, hər il 100 nəfərə qədər xəstə aşkarlanır.

Xəstəlik daha çox 15-40 yaş arası özünü göstərir, azyaşlı uşaqlarda limfoma nadir rast gəlinir. Yaş artdıqca risk artır. Daha çox 80-85 yaşında daha çox tutulurlar. 

Lakin bir çox xərçəng xəstələrində şişlərin limfalara yayılması limfoma demək deyil, bu metastazdır. Məsələn, döş xərçəngində qolaltı limfalar zədələnir. 
Hər böyüyən limfa da limfoma deyil. Limfalar iltihab və viruslardan ölçüdə böyüyüb, limfadenit deyilən xəstəlik yarada bilər. 

Eləcə də autoimmun xəstəlimklərdə - revmatoid artrit, podaqra, eləcə də vərəm, sifilis, xroniki iltihabi xəstəliklərdə limfalar iltihablaşıb böyüyür, irinləyir. 
Limfaların böyüməsinin, şişməsinin 100 səbəbi var, ona görə, hər limfa böyüməsini xərçəngə yozub, təlaşlanmaq lazım deyil.

Lakin şişmiş, böyümüş limfanı da nəzarətsiz qoymaq olmaz, təxirəsalmadan həkimə getmək mütləqdir. Əgər onlar ağrılıdırsa, çəki itkisi, halsızlıq, tərləmə varsa, ciddi müayinə olmalısız.

Limfonanın səbəbləri:

-Genetik mutasiya
-İrsi səbəblər
-Limfa sistemində virus, infeksiya zədələməsi
-Bədxassəli hüceyrələrin limfalarda proqresi
- Epşteyn Barr virusu olan insanlar risk qrupundadır
-Kimyəvi maddələrlə işləyənlər, kimyaçılar, laborantlar, salon işçiləri, malyar, mexanik, fermerlər də risk qrupundadır

Müalicəsi:

Mif yayılıb ki, bu xəstəlik 90 faiz hallarda ölümlə nəticələnir, özü də sürətlə yayılır. Əslində isə ilk  başda müalicəyə alınsa, 30% xəstənin müalicəsi mümkün olur, bir şərtlə ki, residivi izlənilsin. Hodckin növü isə effektiv müalicə olunur. 
Düzgün müalicə olunduqda, 5 illik ömür göstəricisi 60% -ə çatıb. 

Simptomlar:

-Gecələr tərləmə, səhər oyananda suyun  içindədir, yastıq islanıb
-Qəfil arıqlama
-Subfebril temperatur, qızdırmasız titrəmə
-Boyunda olduqda udmada çətinlik

Dianoq KT, analizlər, biopsiya ilə dəqiqləşir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/787428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR