"Qarabağ"ın kapitanı: "Avropa Liqası ilə Azərbaycan çempionatı arasında yerlə göy qədər fərq var"

"Qarabağ"ın kapitanı: "Avropa Liqası ilə Azərbaycan çempionatı arasında yerlə göy qədər fərq var"
01:12 20 Sentyabr 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda evdə İspaniya təmsilçisi "Sevilya"ya 0:3 hesabı ilə uduzan "Qarabağ"ın kapitanı Maksim Medvedev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
“Report” 29 yaşlı müdafiəçinin müsahibəsini təqdim edir:
- Oyun gözlədiyimiz kimi keçdi. Bilirdik ki, rəqib səviyyəli komandadır. Onlara qarşı rahat oynamaq mümkün deyil. Rahat top saxlayırlar, əks-hücumlar və pressinq edirlər. Bu tərəfdən güclüdürlər. İlk hissədə qapımızı qorumağı bacardıq. Fasilədən sonra yorulmağa başladıq və buna görə də səhvlər etdik, zonalarımızı itirdik. Bu da yorğunluqla əlaqəlidir. İlk qoldan sonra həm də əsəbləşməyə başladıq. İkinci qol da səhvimizdən oldu. Bundan sonra “Sevilya”ya qarşı toparlanıb nəsə etmək çətin olardı.
- Səviyyə fərqini hiss etdiniz?
- Əlbəttə, hiss elədik. İlk hissədə bunu gördük. Bir toxunuşla ötürmələr edirdilər, əks-hücuma sürətli çıxırdılar. Hər şey görsənirdi. Bəzi epizodları çatdırmırdıq. Düzdür, bəzi anlarda səhvə yol verirdilər. Siz də, azarkeşlər də gördü ki, “Sevilya” bizdən daha yaxşı futbol oynayır.
- Xal götürəcəyinizə ümidiniz var idi? Bəzi futbolçular hiss olunurdu ki, yaxşı mübarizə aparmırdı. Miçel Avropada son oyunlarda səhvlərə yol verir...
- Kimin necə oynadığını deyə bilmərəm, komanda yoldaşlarımdır. Onlar səhv edirsə, deməli, mən də etmişəm. Hamımızı birgə səhv edirik. Miçel “Atletiko”ya qol vuranda əlimizin üzərində aparırdıq. Bir az yaxşı oynamayanda Miçelin günahının olduğunu deyə bilmərik. Qıraqdan mən də istəyərdim ki, mübarizə aparaq, qol vuraq, bir az kobud oynayaq və aqressivliyimizi hiss etsinlər. Bir az aqressivlik də çatmadı. Biz də topla oynayan komandayıq. Aqressiv futbol oynaya bilmirik.
- “Düdelanj”ın APOEL-ə 4:3 hesabı ilə qalib gəlməsi sizin üçün gözlənilməz oldu?
- Gözlənilən oldu, əlbəttə. Əgər “Düdelanj” qrupa düşübsə, zəif rəqib ola bilməz. 3-4 il əvvəl “Düdelanj”la üzləşmişik. Amma bu gün nə onlar, nə də biz həmin komanda deyilik. Əgər APOEL-i məğlub ediblərsə, məncə, qrupda ikinci yer uğrunda çox maraqlı mübarizə keçəcək.
- “Düdelanj”ın qələbəsi “Qarabağ”ın işinə yaradı? Çünki ikinci yer uğrunda APOEL-lə “Qarabağ”ın mübarizə aparacağı gözlənilir...
- Düşünmürəm ki, bizə hələ yarayar. Çünki bilmirik ki, biz “Düdelanj” və APOEL-lə necə oynayacağıq. Rəqibləri analiz etməmişik. Bu gün ağır oyun keçirdik. Azərbaycan çempionatı ilə bu turnir arasında yerlə göy arasındakı qədər fərq var.
- Belə oyunlardan sonra çempionat matçına köklənmək olur?
- Nə edək, biz Azərbaycan, onlar da İspaniya çempionatında oynayır. Meydana çıxıb, oynamalıyıq. Məcbur oynamalıyıq. Hərənin öz çempionatı var.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-in-kapitani-avropa-liqasi-ile-azerbaycan-cempionati-arasind

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR