Tovuzda 37 yaşlı kişi ot daşıyan maşının yük yerindən yıxılıb

Tovuzda 37 yaşlı kişi ot daşıyan maşının yük yerindən yıxılıb
01:32 20 Sentyabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafa sakini Tovuz rayonunda ot bağlaması daşıyan "KamAZ"ın yük yerindən yıxılaraq ağır xəsarət alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa rayon sakini, 1982-cü il təvəllüdlü Bəhruz Orucov kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Yaxınları onun Tovuz rayonunda ot daşıyan maşının yük yerindən yıxılaraq xəsarət aldığını deyib.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-37-yasli-kisi-ot-dasiyan-masinin-yuk-yerinden-yixilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR