Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
05:28 20 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 67,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel azdır.

Publika.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,52 dollar/barel təşkil edib. Bu, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,25 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,45 dollar/barel azdır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/290735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR