Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus qəzaya uğrayıb

Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus qəzaya uğrayıb
08:57 20 Sentyabr 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası Dağıstan Respublikasının Kayakent rayonunun "Kavkaz" federal avtomobil yolunda mikroavtobusun iştirakı ilə qəza baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, 1993-cü il təvəllüdlü Dağıstanın Axtın rayon sakini və 1994-cü il təvəllüdlü Kayakent rayon sakini həlak olub. Xəsarət alanlar arasında üç Azərbaycan vətəndaşı da var.

Qeyd edilir ki, yol qəzasında Azərbaycanın dövlət nömrə nişanlı mikroavtobusu, habelə Rusiyanın dövlət nömrə nişanlı "Lada Granta" və "Hyundai Solaris" avtomobilləri iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/787591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR