Maştağada ağır yol qəzası - Ölən və yaralılar var

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi (Kirov dairəsi adlandırılan) ərazisində qeydə alınıb.

Qəza nəticəsində 79 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Yaralılar 71 yaşlı qadın sağ baldırın kəsilmiş yarası, 37 yaşlı oğlan qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ bazu sümüyünün əzilməsi diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hazırda müalicələri davam edir.

(report.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR